x
Loading...
.

Qarda uşaqlarınızı mütləq çölə çıxardın

Qarda uşaqlarınızı mütləq çölə çıxardın
21:47 15 Yanvar 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Əsrlərdir cəmiyyətlərdə soyuq havanın uşaqların tənəffüs sistemi üzərində mənfi təsiri olduğu güman edilir. Bəs, bu həqiqətən doğrudurmu? Bir çox insan qrip, bronxit, pnevmoniya kimi qışda daha çox görünən xəstəliklərin səbəbi kimi soyuq havanı günahlandırır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu klassik düşüncə son 15 ildir elm adamları tərəfindən araşdırılır. Nəticədə bəlli olub ki, soyuq hava xəstə etməz, əksinə qapalı mühitdə xəstəliyə tutulma ehtimalınız daha yüksəkdir. Avropa ölkəlәrində qarda, soyuq havada uşaqlarını möhkəm geyindirib mütləq çölə çıxarırlar. Antarktidada könüllü bir qrup insan üzərində aparılan araşdırmalar soyuq havanın qrip, bronxit kimi tənəffüs sistemi xəstəliklərinə səbəb olmadığını göstərmişdir. Hətta qar yağması havada olan mikrobların ölməsi və havada olan mikroblardan dezinfeksiya olunma mənasına gəlir.
 
Soyuq hava, selikli qişa üçün mühüm qoruyucu təsirə malikdir. Tənəffüs sisteminin girişində incə selikli qişa örtüyü olub, qapı vəzifəsini daşıyır. Müxtəlif mikrobların ağciyərlərə keçmәsinә mane olur. Soyuq havada selikli qişa işləkliyi artır və selikli qişa örtüyü daha qalın hal alır və mikroblar üçün baryer vəzifəsini daşıyır. Həmçinin soyuq havada nəfəs aldıqda, burun çəpərində qan dövranı artaraq burun toxuması şişir və beləliklə, mikrobların içəri daxil olması çətinləşir. Bu səbəblə soyuq hava təbii bir müdafiə sistemi yaradır.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR