"Mançester Siti"dən "qara rekord"

"Mançester Siti"dən "qara rekord"
22:22 15 Yanvar 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

"Everton" futbol üzrə İngiltərə çempionatının 21-ci turu çərçivəsində doğma meydanda "Mançester Siti"ni 4:0 hesabı ilə darmadağın edib.

Milli.Az "Report"a istinadən bildirir ki, qolları Romelu Lukaku (34), Kevin Miralyas (47), Tom Devis (79) və Ademola Lukman (94) vurub.
"Mançester Siti" milli birincilikdə sonuncu dəfə 4 və daha çox top fərqi ilə 11 may 2008-ci il tarixində uduzub. Həmin vaxt "Midlsbro" "şəhərlilər"i 8:1 hesabı ilə məğlub edib.
Hazırda "Mançester Siti" 42 xalla turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. "Everton" aktivində 33 xalla 7-ci yerdədir.
Yanvarın 21-də keçiriləcək növbəti turda Hosep Qvardiolanın yetirmələri evdə Londonun "Tottenhem" komandası, "Everton" isə həmin gün səfərdə "Kristal Pelas" klubu ilə qarşılaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/507969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR