Yerin "əkizi" - Qlize planetində həyat varmı?

Yerin "əkizi" - Qlize planetində həyat varmı?
22:27 15 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

2010-cu ilin payızında Havay adalarındakı rəsədxanada işləyən Kaliforniya universiteti və Vaşinqtondakı Karneqi Elmlər İnstitutu astronomları tərəfindən Qlize adı verilən ulduzlar sistemində Yerin sanki əkizi olan ekzoplanet aşkar edildi. Bu ekzoplanetə "581 g" adı verildi. Bu günə kimi aşkar edilən ekzoplanetlərdən heç biri onun qədər həyat olması üçün geniş imkanlara malik deyil. "581 g" günəşdən elə bir məsafədə yerləşir ki, onda nə güclü isti, nə də də güclü soyuq olmamalıdır. Çox güman ki, onda həyat üçün zəruri olan su da var. Kəşfin müəlliflərindən biri hesab edilən astronomiya və astrofizika üzrə professor Stiven Bort: "Ekzoplanetdə potensial baxımdan həyat olması mümkündür və mən bunu istisna da etmirəm",- deyir.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, amma o, "581 g"də bizim idrak qardaşlarımızın olub-olmaması məsələsini təsdiq də, təkzib də etmir. Astronomların fikrincə adı çəkilən ekzoplanetdə canlı həyatın Yerdəkindən fərqli, müxtəlif formalarda ola bilməsi mümkündür. Bəs Yerin əkiz bacısı hesab edilən ekzoplanet planetimizlə hansı oxşar və fərqli xüsusiyyətlərə malikdir? Yerin əkiz bacısının çəkisi planetimizdən azı 3-4 dəfə ağırdır. Bundan əlavə Yerdən fərqli olaraq onun əkiz bacısı öz oxu ətrafında 37 yer günü ərzində dövr edir. Ekzoplanetin səthində orta temperatur -12, -31 dərəcə təşkil edir. Amma onun səthinin qravitasiyası təxminən Yerinkinə uyğun gəlir. Bu da onun səthində insanın yerdəki kimi hərəkət etməsinə imkan verir. Əlbəttə belə bir şəraiti kurort kimi qəbul etmək mümkün deyil. Ancaq bu, onda normal həyatın olması üçün yetərlidir. Amma yerin əkizi bizdən o qədər uzaqdır ki, indiki kosmik sürətlə oraya uçub getmək və geriyə qayıtmaq üçün bəşər övladına azı 100-120 il lazım gələcək. Bütün bunlara baxmayaraq dünyanın tanınmış astronomlarının böyük əksəriyyəti "581 g" ekzoplanetində canlı həyatın hansısa formada olması fikrində yekdillik nümayiş etdirirlər. Amma adı çəkilən ekzoplanetdə həyatın olması orada bizim təsəvvür etdiyimiz ağıllı məxluqların mövcud ola bilməsinin təsdiqi anlamına gəlmir. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Karneqi instiutunun əməkdaşı Pol Batler: " Bizim üçün Yerin əkzilərində həyatın olması heç də orada ağıllı məxluqların mövcudluğunu təsdiq etməmiz kimi başa düşülməməlidir. Əsas məsələ orada aşkar ediləcək birkletkalı bakteriya və ya kif (plesen) bakyeriyaları Yerdəki həyatın necə yaranması barədəki təsəvvürlərimizi dəyişə bilər",- deyib.

Yeri gəlmişkən onu da xatırladaq ki, Qlize "581" ulduzlar sistemində hələ 2007-ci ildə də yerin əkizi olan iki ekzoplanet aşkar edilmişdi. Onlar müvafiq olaraq "c" və "d" adlandırılmışdılar. Lakin onlardan biri Yerdən 5, digər isə 7 dəfə ağır idi. Üstəlik onlar canlı həyatın mövcud olması üçün tələb olunan zonanın kənarında yerləşmişdilər. Yer baxımından məsələyə yanaşanda "G" və "D" Mars və Veneranın mövqeyində hesab edilirlər. "G" ekzoplaneti də Yer kimi adı çəkilən planetlərin ortasında yerləşir və bu da ondan canlı həyatın mövcud olması barədəki ehtimalları daha da artırır. Bu baxımdan Qlize 581 ulduzlar sistemi bizim Günəş sistemimizi xatırladır. Ancaq hələlik astronomlar onda cəmisi 6 planet aşkar ediblər. Digər tərəfdən də maraqlıdır: Qlize 581 ulduzlar sistemində həyat olduğu təqdirdə oradakı bizəbənzər ağıllı varlıqlar necə təsir bağışlaya bilərdilər? Astronomların ehtimallarına görə onlar çox güman ki, bizdən xeyli hündürboylu, simaca gözəl və çəkicə 5-6 dəfə ağır, əsl idmançı bədənli, şiş əzələli ola bilərdilər. Çünki "G" qravitasiya baxımından planetimizdən üc dəfə ağırdır. Bununla əlaqədar Cenevrə rəsədxanasının Avropa Tədqiqatlar Mərkəzinin rəhbəri Stefan Udri deyir ki, planetimizlə müqayisədə "G" Qırmızı Cırtdan adı verilən planetdən daha az günəş şualanması alsa da, sonuncunun diametri Günəşinkindən 10 dəfə böyükdür: "Yəni onun-Qırmızı Cırtdanın əhatə etdiyi ulduzlar sistemində həyat mənbəyinin yaranması Günəşlə müqayisədə də 10 dəfə çoxdur. Ona görə də biz artıq qlizeyanlılarla əlaqə yaratmağa çalışırıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/507671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR