x
Loading...
.

Şəkərli diabetin ağırlaşmaları

Şəkərli diabetin ağırlaşmaları
22:42 15 Yanvar 2017
220 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Şəkərli diabet xəstəliyi zamanı orqanizmdə maddələr mübadiləsi pozulur. Buna görə də şəkərli diabet xəstəliyi zamanı digər orqanlara da zərər dəyir. Diabetin ən çox zərər verdiyi orqanların siyahısında gözlər, böyrəklər və əsəb sistemi ön sıralarda durur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, buna görə də şəkərli diabet xəstələri ən azı ildə bir dəfə tibbi yoxlamadan keçməli və əsasən də, gözlərini, böyrəklərini həkim nəzarəti altında saxlamalıdır. Çünki şəkərli diabet uzun illər davam edən bir xəstəlik olduğuna görə digər orqan və toxumalarda patologiyalara səbəb ola bilir.
Patologiyaların baş verməməsi üçün diabet xəstələri həkimin təyin etdiyi dərmanları vaxtı-vaxtında qəbul etməli, sağlam həyat tərzi yaşamalıdırlar. Bunun üçün diabet xəstələri bəzi tövsiyələrə əməl eləməlidirlər:
* qanda şəkərin miqdarını normada saxlamalıdırlar
* siqaretdən uzaq durmalıdırlar
* alkoholdan istifadə etməməlidirlər
* həddindən artıq fiziki yüklənməməlidirlər
* ayaqlarının təmizliyinə diqqət yetirməlidirlər
* vaxtaşırı həkim yoxlamasından keçməlidirlər.
Şəkərli diabet xəstələri həkimin göstərişlərinə əməl eləməzlərsə, aşağıdakı ağırlaşmalar baş verə bilər:
* gözlərdə zəifləmə və müxtəlif xəstəliklər
* ayaqlarda qidalanma pozğunluqları və yaralar
* böyrək funksiyalarının pozulması
* damarların keçiricilik qabiliyyətinin pozulması
* ateroskleroz
* ayaqlarda qanqrena.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR