6 ay ana südü içmək hansı problemi aradan qaldırır

6 ay ana südü içmək hansı problemi aradan qaldırır
22:47 15 Yanvar 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

6 ay nizamlı qaydada ana südü içmək orta qulaq iltihabını azaldır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, orta qulaqda iltihabı, üst tənəffüs yolu infeksiyalarının sıxlığının artması payız və qış aylarında daha çox müşahidә edilir. Xəstəliyin hər yaşda görülməsinə baxmayaraq, uşaqlıq dövründə daha tez-tez rast gəlinir. Uşaqların 80 faizindən çoxu 3 yaşına gələnə qədər ən azı bir dəfə orta qulaq iltihabı keçirir. Bunun səbəbi, uşaqlarda həm qulaq hissəsində inkişafın tamamlanmamış olması, həm də anatomik xüsusiyyətlərinə görə, mikrobların orta qulağa daha asan keçə bilməsidir.
Körpələrə ən az 6 ay ana südü vermәk orta qulaq iltihabı riskini azaldır. Belə ki, immuniteti daha güclü olan körpələr, xəstəlikləri çox daha asan keçirirlər. Körpələrin altı ay ərzində müntəzəm ana südü içməsi də xəstəliklərə qalxan yaradır.
 
Uşaqları mümkün qәdәr izdihamlı mühitlərdən uzaq saxlamaq üst tənəffüs yolu infeksiyalarına tutulmaq və orta qulaq iltihabının yaranması riskini azaldır. Həmçinin uşaqları siqaret tüstüsündən qorumaq orta qulaq iltihabını azaldacaq digər bir amildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/507301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR