FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 15-də 9-16-cı yerlər uğrunda görüşdə İran komandası ilə qarşılaşıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sankt-Peterburqda keçirilən oyun futbolçularımızın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Qarşılaşmada vurulmuş yeganə qolun müəllifi Doğukan Öksüz olub.
Yığmamız turnirdə növbəti oyununu yanvarın 17-də Estoniya komandasına qarşı keçirəcək. Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində