Giginin Selena və Belladan ən böyük istəyi

Giginin Selena və Belladan ən böyük istəyi
23:21 15 Yanvar 2017
102 Şou
Ölkə mətbuatı
A- A+

Model Gigi Hadid bacısı Bella Hadidi və müğənni Selena Qomezi barışdırmaq istəyir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, repçi “The Weeknd” üstündə bir-birindən inciyən rəfiqələrin yenidən bir araya gəlməsi üçün Gigi əlindən gələni edir.

Modelə yaxın mənbə bildirir ki, əgər Bella Hadidə desə ki, Selena ilə əlaqələrini kəssin, o, təbii ki, bacısına qulaq asacaq. Amma hazırda Gigi Bellanı başa salmağa çalışır ki, Selena yaxşı qızdır və “The Weeknd” ilə görüşməsi də tam təsadüfüdür.

Hadid ümid edir ki, Qomez və bacısı əvvəlki kimi yenidən rəfiqə olacaqlar.

Xatırladaq ki, Bellanın iki ay öncə ayrıldığı sevgilisi “The Weeknd” ilə hazırda Selena görüşür. Cütlük, hətta, öpüşən yerdə paparazzilərə tutulublar.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=64759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR