“Qarabağ” qələbə ilə başladı

“Qarabağ” qələbə ilə başladı
23:42 15 Yanvar 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ağdamlılar bu gün ilk yoxlama oyununu keçirib.

Qurban Qurbanovun yetirmələrinin ilk rəqibi Albaniyanın "Şkenderbeu" klubu olub.

Ötən mövsüm Albaniya Super Liqasında çempion olmuş "ağ-qırmızılar" daha əvvəl Antalya toplanışı çərçivəsində başqa bir klubumuzla rəqib olub. "Sumqayıt"la üz-üzə gələn albanlar 3:1 hesablı qələbəyə sevinib.

Bu dəfə isə qələbə təmsilçimizin tərəfində olub. "Qarabağ"ın yeni transferi Ağabala Ramazanovun 43-cü dəqiqədə vurduğu qol matçda yeganə olub.

Hazırlıq oyunu

"Qarabağ" - "Şkenderbeu" (Albaniya) - 1:0

Qol: Ağabala Ramazanov, 43

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Miçel, 14. Rəşad Sadıqov, 15. Rahid Əmirquliyev, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 99. Dani Kintana

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/507986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR