Asiyada elektron tullantıların həcmi beş ildə 63 faiz artıb

Asiyada elektron tullantıların həcmi beş ildə 63 faiz artıb
00:07 16 Yanvar 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Asiyada 2010-cu ildən 2015-ci ilə qədər olan müddət ərzində elektron məhsul tullantılarının həcmi (atılmış smartfon və digər elektron qurğular belə adlanır) 63 faiz artıb.
"Report" xəbər verir ki, bu barədə BMT Universitetinin bazar günü dərc olunan hesabatında bildirilir.
Söhbət Şərqi və Cənub-Şərqi Asiyanın 12 ölkəsindən, o cümlədən Çin, Yaponiya, Cənubi Koreya, Vyetnam və Sinqapurdan gedir.
Beş il ərzində bu ölkələrdə elektron tullantılar 12,3 mln. tona qədər artıb. Çində elektron tullantıların miqdarı bu dövr ərzində 107 faiz artaraq 6,7 mln. tona çatıb.
Hesabat müəlliflərinin fikrincə, tullantıların çoxalmasına səbəb region əhalisinin gəlirlərinin və elektron qurğulara tələbatın artması, bununla əlaqədar isə yeni qurğuların istehsal olunması və köhnə qurğuların orta istifadə müddətinin azalmasıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/asiyada-elektron-tullantilarin-hecmi-bes-ilde-63-faiz-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR