x
Loading...
.

Azərbaycan voleybolçuları AÇ-nin II seçmə mərhələsini sonuncu yerdə başa vurublar

Azərbaycan voleybolçuları AÇ-nin II seçmə mərhələsini sonuncu yerdə başa vurublar
07:52 16 Yanvar 2017
55 İdman
Ölkə mətbuatı
A- A+
.

Buxarest. 16 yanvar. REPORT.AZ/ Qadınlardan ibarət U-18 voleybol yığmaları arasında keçirilən Avropa Çempionatının (AÇ) II seçmə mərhələsinin oyunları başa çatıb.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Rumıniyanın Ploieşti şəhərində baş tutan "E" qrupunun sonuncu oyun günündə Azərbaycan millisi Rumıniya ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin tam üstünlüyü şəraitində keçib və Rumıniya millisi 3:0 hesabı ilə qələbə qazanıb (25:4, 25:12, 25:13). Qrupun digər oyununda isə Rusiya millisi Portuqaliyanı 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, "E" qrupunda Rusiya millisi 8 xalla 1-ci yeri tutaraq 1-9 aprel tarixlərində Hollandiyada keçiriləck Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qrupda Rumıniya millisi 7 xalla 2-ci, Portuqaliya yığması isə 3 xalla 3-cü yeri tutub. Rumıniya millisi AÇ-nin final mərhələsini çıxacaq 3 ən yaxşı 2-ci yerin sahibi kimi hələ ki, şansını saxlayır. Azərbaycan millisi yarışı 0 xal ilə sonuncu pillədə başa vurub.



Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-voleybolculari-ac-nin-ii-secme-merhelesini-sonuncu-yerde-basa-vurublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR