x
Loading...

Güclü qar Yaponiyada 7 nəfərin ölümünə səbəb olub

Güclü qar Yaponiyada 7 nəfərin ölümünə səbəb olub
09:57 16 Yanvar 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+
.

Bakı. 16 yanvar. REPORT.AZ/ Yaponiyada yağan güclü qarın yaratdığı fəsadlar 7 nəfərin ölümünə səbəb olub.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Məlumata görə, ölənlərin əksəriyyəti yol qəzalarının qurbanı olublar. Xəbərdə bildirilib ki, yolların buz bağlaması və görüntü səviyyəsinin aşağı olması səbəbindən avtomobillər su hövzələrinə və uçuruma yuvarlanıb.
Bundan başqa, bir nəfər yaşlı fermer qarın ağırlığına tam gətirməyib çökən istixananın dağıntıları altında qalıb və aldığı xəsarətlərdən vəfat edib. Bir neçə nəfər isə dam örtüyünü qar və buzlardan təmizləyən zaman oradan sürüşərək yerə yıxılıb və ölüb.
Yerli hakimiyyət orqanlarının məlumatlarına görə, yanvarın 15-də Yaponiyanın şimalındakı bəzi bölgələrdə, xüsusilə, Aomori prefekturasında yağan qarın hündürlüyü təxminən 250 sm olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/guclu-qar-yaponiyada-7-neferin-olumune-sebeb-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR