BQXK-nin Əfqanıstanda qaçırılan əməkdaşı azad edilib

BQXK-nin Əfqanıstanda qaçırılan əməkdaşı azad edilib
10:42 16 Yanvar 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Ötən il dekabrın 19-da Əfqanıstanın Kunduz əyalətində qaçırılan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı azad edilib.
"Report" xəbər verir ki, bununla bağlı BQXK açıqlama yayıb. 
Məlumata görə, təşkilatın əməkdaşı Xuan Karlos BQXK-nın Kunduz ofisindən Mazari-Şərifdə yerləşən ofisə gedərkən qaçırılıb. O, üç həmkarı ilə birgə qaşırılmışdı. 
BQXK-nın Əfqanıstandakı ofisi ölkə hakimiyyətinə və əməkdaşının azad edilməsində rol oyanyan hər kəsə təşəkkür edib.
Bununla yanaşı, təhlükəsizlik məsələsinə görə BQXK əməkdaşını qaçıranların kimliyini, bunun səbəbləri və  azadetmənin detalları açıqlanmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bqxk-nin-efqanistanda-qacirilan-emekdasi-azad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR