“Putin nüvə silahını ixtisar edərsə...” – Trampdan təklif

“Putin nüvə silahını ixtisar edərsə...” – Trampdan təklif
10:53 16 Yanvar 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp nüvə arsenalının ixtisarına əvəz olaraq, Rusiyaya qarşı sanksiyaların ləğvini təklif etməyə hazırdır.

Publika.az xəbər verir ki, bu haqda Donald Tramp Britaniyanın “Times” qəzetinə müsahibəsində deyib.

“Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Rusiya ilə yaxşı razılıqları əldə etmək olmazmı? Hesab edirəm ki, başlanğıc olaraq nüvə silahını azaltmaq bu prosesin tərkib hissəsi ola bilər. Ancaq Rusiya hazırda sanksiyalara görə xeyli əziyyət çəkir. Düşünürəm ki, sanksiyaların ləğvindən çox insan qazanacaq", - deyə o bildirib.

Tramp deyib ki, ABŞ prezidenti postunda fəaliyyətə başlayandan sonra Rusiya prezidenti Vladimir Putinə və Almaniya kanslerinə Angela Merkelə etibar edəcək. “Amma uzun müddət buna davam etmək mümkün olacaqmı?” – deyə yeni prezidenti əlavə edib.

O bildirib ki, vəzifəsinə başlayandan bir neçə həftə sonra Böyük Britaniyaya “ədalətli saziş” təklif edəcək. Tramp həmçinin ölkənin baş naziri Tereza Meyi Ağ Evə dəvət edib.

Tramp hesab edir ki, Böyük Britaniyanın ardınca başqa ölkələr də Avropa İttifaqını tərk edəcəklər. Yeni seçilmiş prezident hesab edir ki, Avropa İttifaqına ən böyük zərəri miqrasiya böhranı vurub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR