"Qəbələ" 3-cü oyunda qələbə qazandı

"Qəbələ" 3-cü oyunda qələbə qazandı
10:57 16 Yanvar 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası qonşu ölkədə 3-cü yoxlama oyununu keçirib.

 

Fanat.Az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, "qırmızı-qaralar”ın təlim-məşq toplanışındakı son rəqibi yerli "Kunduspor” olub.

 

Komanda matça aşağıdakı "11-lik”lə başlayıb: Elməddin Sultanov, Tural Əjdərli, Faiq Hacıyev, Osman Soltanov, Güləli Mehrəliyev, İlkin Abdullayev, Vüsal Mustafayev, Tunar Mütəllimov, Məhəmməd Abbaslı, Rüstəm Nuruyev, Kamran Quliyev.


Qarşılaşma "Qəbələ”nin aşkar üstünlüyü ilə keçib. U-19 Türkiyə komandasının qapısından 5 cavabsız qol keçirib. Bu qollardan ikisinə Faiq Hacıyev imza atıb. Rüstəm Nuruyev, Kamran Quliyev və Məhəmməd Abbaslı isə hərəyə 1 dəfə fərqləniblər.


Yanvarın 8-dən Antalyada toplanışda olan "Qəbələ” hazırlıqlarını bu oyunla yekunlaşdırıb. Təmsilçimiz bunadək keçirdiyi ilk iki oyunda "Qartalspor”a 3:1 hesabı ilə qalib gəlib və "Antalyaspor”a 1:2 hesabı ilə uduzmuşdu.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-3-cu-oyunda-qlb-qazand-t55591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR