“Ağıllı” çarpayı yuxunu maksimum rahat edəcək

“Ağıllı” çarpayı yuxunu maksimum rahat edəcək
11:35 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

“CES 2017” istehlak elektronikası sərgisində təqdim edilən “ağıllı” “Sleep Number 360” çarpayısının vəzifəsi yuxuda maksimum rahatlıq yaratmaqdır.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, çarpayı yuxu rejiminə köklənərək bədənin optimal vəziyyətini təmin edir, xorultu yaranan zaman yatan şəxsin başını qaldırır, ürək döyüntüsünün saylarına, nəfəs və sağ böyürdən sol böyürə dəyişmə sayına görə yuxunu təhlil edir. Otaqda soyuq olanda çarpayı ayaqlar üçün isidicini avtomatik işə salır.

Üç mərtəbədən ibarət çarpayının aşağısında onu tənzimləyən mexaniki hissə yerləşir. Yuxarıda yerləşən hava kamerası yatan şəxsə köklənərək onun üçün maksimum komfort yaradır. Yuxarı hissədə mükəmməl rahatlığı təmin edən aralıq qat yerləşir.

Hava kamerasının işinə vəziyyətdən asılı olaraq çarpayının işləməsinə düzəlişlər edən daxildə yerləşən təzyiq ötürücüləri nəzarət edir. Çarpayının sonunda bütün informasiyanı toplayaraq smartfon əlavəsinə göndərən daha bir ötürücü quraşdırılıb. İnformasiya emal edildikdən sonra ekranda gecənin necə keçməsi ilə bağlı rəy görünür.

“Ağıllı” çarpayının təxmini qiyməti 4 min dollar təşkil edir.

Nizam Nuriyev
 




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-45463-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR