Əziz İldırım "od püskürdü"

Əziz İldırım "od püskürdü"
11:37 16 Yanvar 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasının XVII turu çərçivəsində "Fənərbaxça" doğma meydanda "Adanaspor"la heç-heçə edib - 2:2. 


Fanat.Az xəbər verir ki, görüşdən sonra İstanbul klubunun prezidenti Əziz İldırım sərt açıqlamalar verib. 


O, TFF ilə bağlı tənqidi fikirlər səsləndirib. "Bu ölkədə prezidenti belə tənqid etmək olur. Ancaq TFF-dəkilərə heçnə olmur. Federasiya prezidenti, federasiya və hakimlərlə bağlı bir fikir səsləndiriləndə, sopa əllərində "Cəza verərik" deyirlər. Türk futboluna zərər verirlər. Türk futbolu hara gedir?! Ölkə prezidentinin maaşı 25 min lirədir. Futbol federasiyasında da bir neçə adam 25 min lirə maaş alır. Bunu araşdırsınlar. Pulun "üstündə oturub", ona buna cəza verirlər". 


İldırım klublara səslənərək hakimlərdən narazılıqları varsa federasiyada yenidən səsvermə keçirməyi təklif edib. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ziz-ldrm-quotod-puskurduquot-t55594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR