Bakıda "Trump Tower"in adı sökülür - FOTO

Bakıda "Trump Tower"in adı sökülür - FOTO
11:52 16 Yanvar 2017
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda yerləşən məşhur "Trump Tower" otelin adı sökülür.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.

Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trumpın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini "ev təmizliyi" adlandırmışdı.

Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti - təsisçisi Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus "Qarant" holdinqdir.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/508090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR