19-da ilk dərs 20 Yanvara həsr ediləcək

19-da ilk dərs 20 Yanvara həsr ediləcək
12:05 16 Yanvar 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində yanvarın 19-da ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş "20 yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı"nda öz əksini tapıb.

Tədbirlər Planına əsasən, yanvarın 18-dək ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantı, konfrans və mühazirələrində keçiriləcək, xüsusi qəzetlər, bülletenlər, stendlər və guşələrin yaradılması, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil ediləcək.

Yanvarın 19-20-də Bakı şəhərində və respublikanın bölgələrində şəhidlərin xatirəsinə ucaldılmış abidələrə, şəhidlər xiyabanlarına şagird və tələbələrin ziyarəti təşkil olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/508101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR