Obama: “Zəngli saatı qoşmadan doyunca yatacam”

Obama: “Zəngli saatı qoşmadan doyunca yatacam”
12:09 16 Yanvar 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

 

 

ABŞ-ın 44-cü prezidenti Barak Obama “CBS” televiziyasına verdiyi müsahibəsində yanvarın 20-də prezidentlik postunu təhvil verdikdən sonrakı ilk gün ancaq yatmaq istədiyini açıqlayıb.

 

B.Obama deyib ki, iş barəsində düşünmək istəmir və postu tərk etdikdən sonra zəngli saat qoşmadan ancaq yatmağı planlaşdırır: “ Buna  bütünlüklə əminəm. Və zamanımın çoxunu xırda  məsələlərə həsr etməyi düşünürəm. İstirahətə gedəcəm”.

 

Bununla yanaşı Obama qeyd edib ki, yenidən dərs deməyə başlayacaq: “Prezident olmazdan əvvəl bir müddət universitetdə işləmişəm və bu işimdən çox zövq almışam”.

 

Qeyd edək ki, B.Obama 1992-2004-cü illər ərzinə Çikaqo universitetində Konstitusiya fənnini tədris edib.

 

Obam postu Trampa təhvil verdikdən sonra  öz doğma vətəninə qayıtmağı isə hələ düşünmür. O ailəsi ilə birgə balaca qızı Saşa məktəbi bitirənə kimi Vaşinqtonun mərkəzindən kirayə tutduğu evdə qalacaq. Obamanın böyük qızı Maliya isə bu ilin payızından Masaçusestdə  nüfuzlu Harvard Universitetində təhsilə başlayacaq.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/265293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR