Təbriz Həsənov da qələbə görərmiş...

Təbriz Həsənov da qələbə görərmiş...
12:12 16 Yanvar 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edən Azərbaycan millisi qələbə həsrətinə son qoyub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 9-16-cı yerlər uğrunda görüşdə İrana 1:0 hesabı ilə qalıb gələn komandamız 5 oyunluq seriyanı qırıb.

Belə ki, Təbriz Həsənovun yetirmələri ardıcıl 5 matç idi meydanı məyus tərk edirdi. Düzdü, bu 5 qarşılaşmada 4 məğlubiyyət alan futbolçularımız 1 heç-heçə edib. Həmin bərabərliyin isə heç də sevinc bəxş etdiyini saymaq olmaz.
 
Ötən il də Həsənovun rəhbərliyi altında Sankt-Peterburqa yollanan komandamız 2016-cı il yanvarın 6-da Bolqarıstanı 2 cavabsız qolla məğlub edib. Bu, qrup mərhələsinin II turunda qeydə alınıb.
 
375 gün öncə yaşanan uğurdan sonra Sloveniyaya 0:4, Belarusa 1:2 hesabı ilə uduzan komandamız həmin yarışı 8-ci olub.
 
Yığmamız həmin uğursuzluqları bu il də qrupda davam etdirib. Litvaya 1:2 hesabı ilə yenildikdən sonra Qazaxıstandan 1 xal qoparan (2:2) yığmamız Slovakiyaya da uduzmuşdu - 0:1.
 
Qeyd edək ki, ötən il turnirə U-17 ilə təmsil olunan Azərbaycan bu dəfə U-19-la qatılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/508066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR