x
Loading...
.

5 ay əvvəl meyiti tapılan qadını atası yox, bacısının əri öldürübmüş

5 ay əvvəl meyiti tapılan qadını atası yox, bacısının əri öldürübmüş
12:23 16 Yanvar 2017
237 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Salyanda 5 ay əvvəl qətlə yetirilmiş qadının atası tərəfindən deyil, bacısının həyat yoldaşı tərəfindən öldürüldüyü məlum olub.

Ötən il avqustun 21-dən 22-nə keçən gecə Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsində yaşayan 33 yaşlı Qurbanova Gülnar Eldar qızının meyiti yaşadığı evdə tapılmışdı. Hadisədən 3 gün sonra qadının atası - 62 yaşlı Eldar Əliheydər oğlu Qurbanov şübhəli şəxs qismində saxlanılmışdı. Onun qızını şəxsi münasibətlər zəminində iplə boğaraq qətlə yetirdiyi deyilirdi.

Amma sonradan rayon hüquq-mühafizə orqanalrı əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evdə meyiti tapılan qadının atası yox, bacısının əri, 1980-cı ildə anadan olmuş Əhədov Anar Məmmədağa oğlu tərəfindən şəxsi münasibətlər zəmnində boğularaq öldürüldüyü məlum olub və o şübhəli şəxs qismində saxlanılıb.

Qızını qətlə yetirməkdə şübhəli bilənərək 5 ay əvvəl saxlanılmış Eldar Qurbanovun isə Salyan Rayon Prokurorluğunda davam etdirilən istintaqın nəticələrindən asılı olaraq yaxın günlərdə azadlığa buraxılacağı gözlənilir. (Virualaz.org)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/183892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR