“Axırıncı yol”dan da maraqlıdır" - İlkin

“Axırıncı yol”dan da maraqlıdır" -  İlkin
12:31 16 Yanvar 2017
74 Şou
Ölkə mətbuatı
A- A+

“Bozbash pictures” komandasının üzvləri qala gecələrdən birində götüntülənib.

Aktyor İlkin Həsəni Axşam.az-a açıqlama verərək yeni lentə aldıqları “Stalinin başı”  filmindən danışıb.

O bildirib ki, çəkilişlər artıq başa çatıb və montaj işləri gedir:

“Axırıncı yol”dan da maraqlı, gülməli, uzun aylar dillərdə gəzəcək yeni komediya hazırlamışıq. Hər filmimizdə olduğu kimi bu dəfə də personajlarımız fərqli obrazda olacaqlar. Qərar vermişik ki, hər filmdə bir obraz önə çəkilsin. “Stalinin başı”nda əsas rolda İlkin Miskərlidir. Super bir macəra komediyasıdır. Marta güclü hazırlaşırıq. Qala gecəmiz marta olacaq”.

Qeyd edək ki, filmdə İlkin Həsəni, Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov və İlkin Miskərli rol alıblar.

Foto: Ramin ASLANOV








Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=64784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR