44 yaşlı kişi damarlarını doğradı - Qusarda

44 yaşlı kişi damarlarını doğradı - Qusarda
12:54 16 Yanvar 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Qusar rayonunda intihar faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhəri, H.Davud küçəsi, 3 nömrəli evdə kişi meyiti aşkar edilib.

 

Hadisə yerinə baxış keçirilən zaman meyiti tapılan şəxsin həmin ünvanda yaşayan, 1973-cü il təvəllüdlü Məmmədkərimov Elşad Pirzada oğlu olduğu müəyyən olunub.

 

İlkin araşdırmalardan sonra onun hər iki qolunun damarlarını kəsərək intihar etdiyi məlum olub.

 

Faktla bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/265311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR