Elçinlə Ceyhun arasında QALMAQAL: "Düşünməliydi ki, kimə söz atır"

Elçinlə Ceyhun arasında QALMAQAL: "Düşünməliydi ki, kimə söz atır"
12:57 16 Yanvar 2017
32 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elçin Cəfərovla Ceyhun Əliyev arasında qalmaqal yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, C.Əliyevin E.Cəfərovun mahnılarını ələ salması qarşı tərəfi özündən çıxarıb.

E.Cəfərov həmkarının ünvanına sərt sözlər deyib. O, "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, C.Əliyev bəstəkarlığı ondan öyrənib:

"Mahnılarımı heç kim məsxərəyə qoya bilməz. Ceyhun demişdi ki, bəstəkarlığı Tərlandan (bəstəkar Tərlan Məmmədhüseynov - red.) və Elçindən öyrənmişəm. İndi niyə əhdini danır? Mahnı oxuyanda məni studiyaya çağırırdı ki, yanımda ol. Ceyhunun münasibəti mənə təsir etdi. Düşünməliydi ki, kimə söz atır. İndi bizim mahnıları məsxərəyə qoyur? Bunu ona heç yaraşdırmadım. Ceyhun hər mahnını oxuyur, harda işıq var ora gedir. Bu sözümü kim necə istəyir elə də başa düşsün".

Qeyd edək ki, C.Əliyev E.Cəfərovun mahnısını ələ salmış, onun ünvanına bunları deyib:

"Elçin nə qədər 6/8 ritmində mahnı oxuyub. Onun hamısı "Mənə onu çağırın gəlsin" oldu? Xeyr". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/508086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR