x
Loading...

Nazir bir həftə əvvəl təyin etdiyi direktoru işdən çıxardı

Nazir bir həftə əvvəl təyin etdiyi direktoru işdən çıxardı
13:12 16 Yanvar 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Vergilər naziri Fazil Məmmədov bir həftə əvvəl təyin etdiyi baş direktoru işdən çıxarıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazir ədliyyə müşaviri Vüqar İsmayılovu yanvarın 7-də Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru vəzifəsinə təyin etmişdi. Bu gün isə V.İsmayılov vəzifəsindən azad edilib və onu vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə əvəzləyib.

Qeyd edək ki, V.İsmayılov əvvəlki vəzifəsinə geri qaytarılıb. O nazirliyin Daxili Təhlükəsizlik departamentinin baş direktoru kimi çalışacaq.

Xatırladaq ki, bundan V.İsmayılov 2016- ci ilin noyabr ayından 2017- ci ilin yanvar ayının 7-nə kimi Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Hazırda idarənin adı Daxili Təhlükəsizlik departamenti şəklində dəyişdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/508136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR