x
Loading...

“Toyota Mark II” və “Mazda RX8” sovet “Pobeda”sına necə çevrildi - FOTOLAR - VİDEO

“Toyota Mark II” və “Mazda RX8” sovet “Pobeda”sına necə çevrildi - FOTOLAR - VİDEO
13:48 16 Yanvar 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Son bir neçə il ərzində sovet avtomobili ilə bağlı nostalji əhval-ruhiyyə artmağa başlayıb.

Publika.az xəbər verir ki, bu haqda proavto.su saytı yazıb.

Saytın yazdığına görə, bu ilk növbədə özünü xarici avtomobillərin sovet modellərinin stilində yığılmasının populyarlaşmasında göstərir. Müəllif bu günlərdə belə bir layihənin sahibi ilə tanış olub. İqorun hazırladığı avtomobil sovet “Pobeda”sını xatırlasa da, “Toyota Mark II” və “Mazda RX8”in komponentləri əsasında yığılıb. Hər iki avtomobil Yaponiya istehsalıdır.

“Pobeda” çox xoşuma gəlirdi. Amma onu bir az müasirləşdirmək, yeni simada təqdim etmək istəyirdim”, - deyə layihənin müəllifi İqor danışıb.

“Pobeda”nın müasirləşdirilmiş nümunəsi ilk dəfə Kiyevdə 2012-ci ildə “Retro və ekzotika” sərgisində nümayiş edilib. 2014-cü ildə maşın Kiyevdən yeni sahibinə - Parisə göndərilib. Müəyyən müddət sonra isə avtomobilin sahibi dəyişib və Moskvaya gətirilib.

İndi həmin “Pobeda”nı Bastanın klipində görmək olar.

Ömər













Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/183907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR