x
Loading...

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını iki dəfə artırır

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını iki dəfə artırır
14:17 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+
.

Bakı. 16 yanvar. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin rəhbərliyində baş verən dəyişikliklərdən sonra Bankın nizamnamə kapitalının artırılması istiqamətində də real addımların atılmasına başlanılıb. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.
Bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 mln. manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb. Beləliklə, ABB-nin nizamnamə kapitalı 93,6% artırılaraq 1 241 287 247,85 manata çatdırılacaq.
Bankın İdarə Heyətinin sədri Xalid Əhədov deyib ki, nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir. Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-beynelxalq-banki-nizamname-kapitalini-iki-defe-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR