İsrailin və Rusiyanın səfirlik əməkdaşları Belarusda həbs edilən bloger Aleksandr Lapşinə baş çəkiblər

İsrailin və Rusiyanın səfirlik əməkdaşları Belarusda həbs edilən bloger Aleksandr Lapşinə baş çəkiblər
14:22 16 Yanvar 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə Belarusda həbs edilən bloger Aleksandr Lapşini İsrail və Rusiya səfirliklərinin əməkdaşları ziyarət ediblər.
Bu barədə "Report" "BelaPAN"a istinadən xəbər verir.
A.Lapşin bir aya yaxındır Minskdə 1 nömrəli istintaq təcridxanasında saxlanılır. İkili vətəndaşlığa (İsrail və Rusiya) malik olan A.Lapşin Azərbaycanın müraciəti əasında ötən il dekabrın 14-də Belarusda həbs edilib.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı qüvvələri tərəfındən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşıDağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
A.Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılıb. Hazırda A.Lapşinin Azərbaycan Respublikasına ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər aparılır.
Bundan əvvəl Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını arzuolunmaz şəxslər siyahısına daxil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/i-srailin-ve-rusiyanin-sefirlik-emekdaslari-belarusda-hebs-edilen-bloger-aleksandr-lapsine-bas-cekib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR