"Miss Millennium" gözəli Validə Abbasova keçmiş sevgilisi ilə barışıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, hazırda qızı Kamilla Məmmədzadənin təhsilindən dolayı İsveçrədə yaşayan model isveçrəli sevgilisi ilə yeni şəklini İnstaqram bloqunda paylaşıb.
Artıq bir ildir ki, ayrıldıqları güman edilən cütlük barışıq şəkillərində xoşbəxt görünüblər. Hər zaman sevgilisinin kimliyini gizli saxlayan V.Abbasovanın sevgilisi İsveçrə vətəndaşıdır. Özünün şəxsi biznesi var. Eyni zamanda dövlət işində çalışır. Həmin gənc valideynlərini uşaq yaşlarında itirib.
Sözügedən fotonu oxuculara təqdim edirik:
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində