x
Loading...
.

“Neft Daşları” yatağı üçün yeni platforma tikilib

“Neft Daşları” yatağı üçün yeni platforma tikilib
15:07 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+
.

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında yeni, 620A saylı stasionar dəniz platformasının tikintisini başa çatdırıb.
“Report” SOCAR-a istinadən xəbər verir ki, 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi sahəsi 2 520 kv. metr, çəkisi isə 2 398 tondur.
“İstehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilib, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib. 7 dayaq bloku, 6 aralıq seksiyası, 1 helikopter, eləcə də 10 minik və yanalma meydançalarından ibarət platforma yanğınsöndürmə sistemi, yanacaq, içməli və texniki su xətləri ilə təchiz edilib, işçilərin sosial şəraitinin təmin olunması üçün yaşayış bloku, eyni zamanda qazma qülləsi üçün qülləaltı postament və digər zəruri avadanlıq quraşdırılıb”, - deyə məlumatda qeyd olunub. 
Qeyd edək ki, dənizin 27 metr dərinliyində yerləşən platformadan gündəlik 105 ton neft və 160 000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neft-daslari-yatagi-ucun-yeni-platforma-tikilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR