ATU Unkraynanın Çerkası Milli Universiteti ilə əməkdaşlığa başlayır

ATU Unkraynanın Çerkası Milli Universiteti ilə əməkdaşlığa başlayır
15:08 16 Yanvar 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Texnologiya Universitetində (ATU) Ukraynanın Çerkası Milli Universitetindən gələn heyətlə görüş keçirilib. Görüşdə iki ali təhsil ocağı arasında əməkdaşlığın mümküm istiqamətləri müzakirə olunub.

ATU-nun rektoru, professor Akif Süleymanov hazırda ölkəmizdəki ali təhsil müəssisələrinə qoyulan tələblərin dəyişdiyini diqqətə çatdırıb. Rektor qeyd edib ki, bu gün Azərbaycanda istənilən universitetin, o cümlədən ATU-nun qarşısında duran əsas vəzifələrdən biri inkişaf etməkdə olan qeyri-neft sektoru üçün yüksək ixtisaslı kadrlar hazırlamaqdır. əsasən qida sənayesi, yüngül sənaye və metallurgiya müəssisələri üçün mütəxəssis hazırlayan ATU-nun bu sahədə üzərinə düşən iş isə daha ciddidir. Məhz buna görə də mütəxəssis hazırlığının səviyyəsini yüksəltmək üçün xarici universitetlərlə əməkdaşlıq daim diqqət mərkəzində saxlanılır. Bu cür əlaqələr tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verir.

Çerkası Milli Universitetinin rektoru, professor Aleksandr Çerevko Ukrayna prezidentinin nümayəndə heyətinin tərkibində Azərbaycana səfərindən, bu səfər çərçivəsində Prezident Administrasiyası və Təhsil Nazirliyində keçirilən görüşlərdən danışıb. Qonaq qeyd edib ki, bu görüşlər Azərbaycan və Ukrayna universitetləri arasında əməkdaşlıq üçün münbit zəmin yaradır. Tələbə və müəllim mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak, ikili diplom proqramlarının tətbiqi isə bu sahədə atıla biləcək ilkin addımlardır.

Ukraynanın Təhsil və Elm Nazirliyi yanında Beynəlxalq Təhsil Mərkəzinin təmsilçisi Aydın Novruzov da iki ölkə universitetləri arasında əməkdaşlığın mümkün istiqamətləri və perpektivi haqqında danışıb. O, qeyd edib ki, Ukraynanın Təhsil və Elm Nazirliyi bu məsələdə hər cür dəstək verməyə hazırdır.

Sonra Azərbaycan Texnologiya Universiteti ilə Çerkası Milli Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. ATU-nun rektoru, professor Akif Süleymanov və Çerkası Milli Universitetinin rektoru, professor Aleksandr Çerevko tərəfindən imlazalanan sənədə əsasən əməkdaşlığın konkret istiqamətlərinin müəyyən edilməsi üçün hər iki universitetin işçi heyəti tərəfindən birgə iş aparılacaq.




Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/183917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR