Maralgöl əyləncəsi baha başa gəldi - SƏRT CƏZA

Maralgöl əyləncəsi baha başa gəldi - SƏRT CƏZA
15:38 16 Yanvar 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Maralgöldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər cərimələndi.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Göygöl Milli Parkının Maralgöl ərazisində yanvarın 3-də müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yayılan görüntüləri dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən təhlil edilib və qanunu pozan 7 nəfərdən ibarət qrupun dairəsi tam müəyyən olunaraq şəxsiyyətləri dəqiqləşdirilib.

Qanun pozucuları barəsində akt və protokol tərtib olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən onların hər biri 600 manat olmaqla ümumilikdə 4200 manat məbləğində cərimə edilib.

Eyni zamanda Göygöl Milli Parkının Maralgöl sahəsinin mühafizəsinə cavabdeh olan 2 əməkdaşı tutduğu vəzifədən azad edilib, Milli Parkın direktoruna isə töhmət verilib.

Xatırladaq ki, bir neçə gün əvvəl bir qrup şəxs Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsi ilə qanunsuz olaraq Göygöl Milli Parkının ərazisinə daxil olub və Maralgöldə, icazə verilməyən yerdə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər.

Maral göl ərazisinə qanunsuz girənlər cəzalandırılacaq - Nazirlik

Bir qrup şəxsin göl üzərində dırnaqarası istirahətini nümayiş etdirən video görüntülər yayılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/183926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR