ATU-da yeni metallurgiya laboratoriyası yaradılıb

ATU-da yeni metallurgiya laboratoriyası yaradılıb
15:43 16 Yanvar 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Texnologiya Universitetində (ATU) yeni laboratoriya istifadəyə verilib. Mexanika və metallurgiya mühəndisliyi fakültəsinin Mexanika və texnoloji maşınlar kafedrası nəzdində fəaliyyət göstərəcək metallurgiya laboratoriyası Müştəriyə Yönəlmə Proqramı (MYP) çərçivəsində “DET AL” alüminium kompleksi ilə birgə müqavilə əsasında yaradılıb.

Laboratoriyanın açılışında iştirak edən ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, son iki ildə MYP çərçivəsində universietlə bir neçə müəssisə arasında əməkdalıq əlaqələri yaradılıb. Bu əlaqələrin nəticəsi olaraq universitetdə müəssisələrin dəstəyi ilə laboratoriyalar, ixtisaslaşmış auditoriyalar yaradılıb, zəruri avadanlıq və inventarlar təmin edilib. Bütün bunlar isə tədrisin və kadr hazılığının keyfiyyətinin yüksəlməsinə, qeyri-neft sektoru üçün daha peşəkar mütəxəssislərin hazırlanmasına xidmət edir.

Mexanika və texnoloji maşınlar kafedrasının müdiri Nazim Vəliyev isə laboratoriyanın yaradılması haqqında məlumat verib. O, qeyd edib ki, tələblərin ixtisas biliklərini praktik şəkildə daha dərindən yiyələnməsinə, texnoloji prosesləri əyani müşahidə etməsinə imkan verəcək laboratoriyanın qurulmasına “DET AL” alüminium kompleksi tərəfindən hər cür dəstək verilib. Müəssisə laboratoriya otaqlarının təmiri, mebel və avadanlıqla təchizatını öz üzərinə götürüb. Eyni zamanda laboratoriyanın bir sıra avadanlıq və reaktivlərlə təmin olunması da “DET AL” alüminium kompleksi tərəfindən reallaşdırılıb.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/183918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR