Moldova prezidenti Rumıniyadakı səfirin geri çağırılmasını tələb edib

Moldova prezidenti Rumıniyadakı səfirin geri çağırılmasını tələb edib
16:32 16 Yanvar 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Moldova Prezidenti İqor Dodon hökumətdən ölkənin Rumıniyadakı səfiri, Rumıniyanın keçmiş lideri Trayan Beseskunun Moldova vətəndaşlığından məhrum edilməsinin Konstitusiyaya zidd olduğunu elan edən Mihay Qribinçinin geri çağırılması ilə bağlı prosesə başlamağı tələb edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədfə respublika başçısının mətbuat katibi İon Çeban məlumat verib.
Hökumətə yazdığı məktubda İ.Dodon M.Qribinçinin öz sözləri ilə təkcə etik prinsipləri pozmadığını, həm də xarici siyasi baxışları dəstəklədiyini göstərdiyini bildirib: "Bu isə bizim milli maraqlarımızla heç uzlaşmır".
İ.Dodonun sözlərinə görə, vətəndaşlığın verilməsi və ya ləğv edilməsi Moldova prezidentinin müstəsna səlahiyyətlərinə daxil olduğundan respublikanın diplomatik nümayəndəliklərinin heç bir nümayəndəsinin prezidentin imzaladığı sənədin qanuniliyinə dair fikir bildirmək hüququ yoxdur.
Xatırladaq ki, keçən ilin iyun ayında Moldovanın dördüncü prezidenti Nikolay Tomofti təcili surətdə T.Beseskuya Moldova vətəndaşlığı verib. Yeni Prezident İ.Dodon isə yanvarın 3-də Rumıniyanın keçmiş liderinin Moldova vətəndaşlığından çıxarılması haqqında sərəncam imzalayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/moldova-prezidenti-ruminiyadaki-sefirin-geri-cagirilmasini-teleb-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR