Dünya Bankı ilə Azərbaycan hökuməti arasında TANAP üzrə müqavilə imzalanıb

Dünya Bankı ilə Azərbaycan hökuməti arasında TANAP üzrə müqavilə imzalanıb
16:32 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə ayrılan kreditlə bağlı Azərbaycan hökuməti ilə Dünya Bankı arasında saziş imzalanıb. “Report” xəbər verir ki, imzalanma mərasimi Azərbayxcan Maliyyə Nazirliyində baş tutub.
Sənədi Dünya Bankı tərəfindən Cənubi Qafqaz regionu üzrə direktoru Mersi Tembonun (Mercy Tembon), Azərbaycan tərəfindən "Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin baş direktoru Əfqan İsayev (benefisiar) və maliyyə naziri Samir Şərifov (zəmanətçi) imzalayıb.
Qeyd edək ki, Dünya Bankının Direktorlar Şurasının dekabrın 20-də elan etdiyi qərarı ilə Bank TANAP-a ümumilikdə 800 mln. dollar kredit ayırıb. Kreditin 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "SGC" QSC, digər 400 mln. dolları isə Türkiyə dövlətinin zəmanəti ilə "BOTAŞ" alıb.
Kredit “Cənub Qaz Dəhlizi” (SGC) QSC-yə 30 il müddətinə, Türkiyənin "BOTAŞ" şirkətinə isə 29 il müddətinə verilib.
Şərtlərə görə, SGC və "BOTAŞ"ın hər birinin əldə etdiyi 400 mln. dollarlıq kreditə görə ilk 5 il üçün güzəşt müddəti təqdim olunub.
Qeyd edək ki, Dünya Bankı borcu LİBOR+1% dərəcəsi ilə ayırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dunya-banki-ile-azerbaycan-hokumeti-arasinda-tanap-uzre-muqavile-imzalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR