Şamaxıda tapılan top mərmisi partladılıb

Şamaxıda tapılan top mərmisi partladılıb
16:37 16 Yanvar 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Şamaxı rayonunun Sağıyan kəndində torpaq sahəsində 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi (PS-34) aşkar edilib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, Top mərmisinin daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.
Qeyd edək ki, ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən 16-dək Füzuli və Şamaxı rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib, 1 196 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 950 kv.m ərazi yoxlanılıb.






Xəbərin orijinal ünvanı: https://report.az/herbi/samaxida-tapilan-top-mermisi-partladilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR