x
Loading...

Emil Mirzəyev: "Məqsədim İsveç parlamentinə seçilmək və Azərbaycanın maraqlarına lobbiçilik etməkdir"

Emil Mirzəyev: "Məqsədim İsveç parlamentinə seçilmək və Azərbaycanın maraqlarına lobbiçilik etməkdir"
16:37 16 Yanvar 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Kiyev. 16 yanvar. REPORT.AZ/ İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev 2018-ci ildə İsveçdə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcək.
Bu barədə Emil Mirzəyev "Report"a açıqlamasında bildirib.
Onun adı 2017-ci ilin dekabr ayında təsdiq olunacaq Demokratlar Partiyasının proporsional seçki siyahısına daxil edilib.
"Əsas məqsədim seçilmək və İsveçdə Azərbaycanın və azərbaycanlıların maraqlarına lobbiçilik etməkdir" - o vurğulayıb.
E.Mirzəyev 2014-cü il parlament seçkilərində partiyasının ehtiyat namizədləri siyahısında olub.
Qeyd edək ki, E.Mirzəyev 2004-cü ildən İsveçdə yaşayır, 2007-ci ildən isə İsveç vətəndaşlığını qəbul edib. O, 2010-cu ildən İsveç Azərbaycanlıları Konqresinin sədri vəzifəsində çalışır.

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/emil-mirzeyev-meqsedim-i-svec-parlamentine-secilmek-ve-azerbaycanin-maraqlarina-lobbicilik-etmekdir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR