x
Loading...

DİM Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müarciət etməsinin səbəblərini açıqlayıb

DİM Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müarciət etməsinin səbəblərini açıqlayıb
16:42 16 Yanvar 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Bakı. 16 yanvar. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) ötən il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müarciət etməsinin səbəblərini açıqlayıb.
Mərkəzdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün ərizə qəbulu aparılarkən namizədlərin sənədləri daim yoxlanılır: “Bu araşdırmalar zamanı təqdim olunan sənədlərdə hər hansı bir uyğunsuzluq aşkar olunarsa, onların həqiqiliyinin yoxlanılması üçün müvafiq nazirliklərə sorğular göndərilir. Sənədlərin (o cümlədən diplomların) hüquqi əsasının olmadığı müəyyən edildikdə, onların araşdırılması üçün prokurorluq orqanlarına müraciət edilir. Yəni, müraciətlər əsasən bu qəbildən olur”.
Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə keçən il Dövlət İmtahan Mərkəzindən 5 müraciət daxil olub ki, bu müraciətlər əsasında araşdırmalar aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/di-m-korrupsiyaya-qarsi-mubarize-bas-i-daresine-muarciet-etmesinin-sebeblerini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR