Pakistanda yerli sakinlər Qətər şahzadəsinin ov kortejinə hücum ediblər

Pakistanda yerli sakinlər Qətər şahzadəsinin ov kortejinə hücum ediblər
16:47 16 Yanvar 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 yanvar. REPORT.AZ/ Pakistanda yerli sakinlərdən ibarət silahlı qrup ova çıxan Qətər əmirinin qohumunu müşayiət edənlərə hücum çəkib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında ölkənin şimal-qərbindəki Bəlucistan əyalətində Musaxel mahalında baş verib.
Məlumata görə, ova çıxanlardan heç biri xəsarət almayıb, yalnız 3 mühafiəçi yaralanıb. Hücum edənlər silah və bıçaqla silahlanıblar.
"Reuters"in yaydığı məlumata görə, silahlı hücum ətraf kəndlərin sakinlərinə kral ailəsinin nümayəndəsi ilə görüşmək və məscid tikintisi üçün ianə istəmək icazəsi verilmədikdən sonra meydana gəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pakistanda-yerli-sakinler-qeter-sahzadesinin-ov-kortejine-hucum-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR