x
Loading...

Şamaxıda partlamamış top mərmisi tapılıb - FOTO

Şamaxıda partlamamış top mərmisi tapılıb - FOTO
17:12 16 Yanvar 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Şamaxı rayonunun Sağıyan kəndində torpaq sahəsində 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi (PS-34) tapılıb.

Milli.Az xəbər verir ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, hərbi sursat daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib, nəticə etibarilə 2000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 01 - 16 yanvar 2017-ci il tarixlərində Füzuli və Şamaxı rayonları, Lənkəran və Gəncə şəhərində 1 otlaq sahəsinə, dəniz kənarına və avtobaza ərazisinə baxış keçirilib, 1 196 ədəd partlamamış hərbi sursat, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 950 kv.m ərazi yoxlanılıb.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/508248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR