“Azəravtoyol”dan şirkətlərə xəbərdarlıq: Siz bunu etməklə... - FOTO

“Azəravtoyol”dan şirkətlərə xəbərdarlıq: Siz bunu etməklə... - FOTO
17:18 16 Yanvar 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azəravtoyol” ASC küçələrə, yollara yol nişanlarının üzərinə reklam yapışdıran şirkət rəhbərlərinə müraciət edib.

ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bu lövhələrin sürücüləri çaşdırdığı bildirilir:

“Xahiş edirik ki, yol nişanlarının üzərinə reklamlar yapışdırmayın. Siz bunu etməklə sutkanın qaranlıq vaxtlarında həmin nişanın sürücülər tərəfindən görünməsini məhdudlaşdırmış olursunuz. Bununla da qəzaların baş verməsinə səbəbkar ola bilərsiniz. Bundan başqa həmin reklam yazıları qopardılan zaman nişanların üzəri də korlanır.

Xahiş edirik bunları nəzərə alıb növbəti dəfə bu cür etməyəsiniz”-deyə xəbərdarlıqda qeyd olunur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/183943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR