Efirdə kövrəldi: "Anamın səhətində problemlər var"

Efirdə kövrəldi: "Anamın səhətində problemlər var"
17:32 16 Yanvar 2017
196 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor İslam Mehrəliyev teatrda çalışmaq istəyir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu haqda "Qonaq gəl bizə" verilişində deyib.

O bildirib ki, dəfələrlə bunun üçün Musiqili Teatra müraciət edib:

"Həmişə teatrda işləmək istəmişəm, amma alınmayıb. Bəlkə, dörd dəfə Musiqili Teatra müaricət etmişəm. Hətta bir xalq artistimiz də dəvət etmişdi. Getdim, ssenari verdilər, oxudum, hazırlaşdım, gəldim. Amma məni yola verdilər, hər dəfə dedilər, "sabah gəl". Üstündən bir müddət keçdi, yenə müraciət etdim. Amma yenə dedilər, get, sentyabrda gəl.

Beləcə, dəfələrlə gedib-gələrək teatrın yolunu əzbərlədim. Axırıncı dəfə dəvət etdilər, səhər 11-də oyanıb getdim. Yolda zəng etdilər ki, gəlmə, bayramdan sonra çağıracağıq. Amma hələ gözləyirəm, xəbər gəlməyib. Yəqin, Novruz bayramını nəzərdə tutublar".

Veriliş zamanı İ.Mehrəliyev kövrəlib. Anasının səhhətində problem olan aktyor narahat olduğunu və gözünü telefondan çəkə bilmədiyini, xəbər gözlədiyini söyləyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/508263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR