Nazirlə görüşmək istəyənlərin nəzərinə!

Nazirlə görüşmək istəyənlərin nəzərinə!
17:11 6 Yanvar 2015
169 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil naziri Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək.

ANS PRESS-in nazirliyə istinadla verdiyi məlumata görə, Mikayıl Cabbarov 12 yanvar tarixində saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 6, 7, 8 və 9 yanvar 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR