İstanbul qətliamında kəşfiyyat iştirak edib - RƏSMİ

İstanbul qətliamında kəşfiyyat iştirak edib - RƏSMİ
17:53 16 Yanvar 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Yeni il gecəsi İstanbulda “Reina” klubuna hücumda kəşfiyyat iştirak edib.

Publika.az xəbər verir ki, bu haqda Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.

Baş nazirin müavini hansı ölkənin kəşfiyyat xidmətindən söhbətin getdiyini dəqiqləşdirməyib. Siyasətçinin sözlərinə görə, hücum peşəkarlıqla hazırlanıb. Kurtulmuş digər təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, özbək əsilli Abdulqadir Maşaripovun “Reina” gecə klubunu hücumu nəticəsində 39 nəfər ölüb, 65-i yaralanıb. Terror hücumuna görə məsuliyyət İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR