Batumidəki konsulumuz gürcü acar rəsmilərlə görüşüb

Batumidəki konsulumuz gürcü acar rəsmilərlə görüşüb
18:29 16 Yanvar 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

 

Yanvarın 16-da Azərbaycanın Batumi şəhərindəki Baş konsulu Rəşad İsmayılov Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin yeni təyin olunmuş sədri Surxan Glonti ilə görüşü keçirib.

 

Lent.az-ın məlumatına görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

Görüş zamanı Azərbaycanın mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb. Baş konsul Rəşad İsmayılov,  Prezident İlham Əliyevin bu il iyunun 1-də Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında da qarşı tərəfə geniş məlumat verib.

 

Ölkələr arasında mədəni əlaqələrin inkişafına toxunan Baş konsul, Tbilisidə və Batumidə "Əli və Nino" bədii filminin gürcü dilində versiyasının premyerasından söz açaraq bu əlaqələrin Gürcüstan və Azərbaycan xalqlarının qədim dostluğunu tərənnüm edən bir tarix olduğunu bildirib.

 

Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin sədri Surxan Glonti də dost ölkə ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, iki ölkə arasında turizm sahəsində münasibətlərin inkişafı üçün qarşılıqlı əlaqələrin artırılmasının əhəmiyyətini vurğulayıb.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/265326

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR