Baş nazir prezidentin tələbindən İMTİNA ETDİ

Baş nazir prezidentin tələbindən İMTİNA ETDİ
18:48 16 Yanvar 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Moldovanın Baş naziri Pavel Filip ölkə Prezidenti İqor Dodonun Moldovanın Rumıniyadakı səfiri Mihay Qribinçunun geri çağırılması ilə bağlı tələbini yerinə yetirməkdən imtina edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Baş nazir bu tələbi təsdiq etməyəcək", - Moldova Nazirlər Kabinetinin məlumatında deyilir.

Xatırıladaq ki, daha əvvəl Moldova Prezidenti İqor Dodon hökumətdən ölkənin Rumıniyadakı səfiri, Rumıniyanın keçmiş lideri Trayan Beseskunun Moldova vətəndaşlığından məhrum edilməsinin Konstitusiyaya zidd olduğunu bəyan edən Mihay Qribinçunun geri çağırılması ilə bağlı prosesə başlamağı tələb edib. Hökumətə yazdığı məktubda İ.Dodon M.Qribinçinin öz sözləri ilə təkcə etik prinsipləri pozmadığını, həm də xarici siyasi baxışları dəstəklədiyini göstərdiyini bildirib və bunun milli maraqlarla uzlaşmadığını qabardıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR