x
Loading...

Azərbaycanın dərman ixrac edəcəyi əsas ÖLKƏLƏR

Azərbaycanın dərman ixrac edəcəyi əsas ÖLKƏLƏR
19:32 16 Yanvar 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan-İran birgə əczaçılıq zavodu hər il 100 milyon dollar həcmində dərman ixrac edəcək.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, bunu "Caspian Pharmed" zavodunun təməlqoyma mərasimindən sonra İranın əmək və sosial rifah naziri Əli Rəbii deyib.

Onun sözlərinə görə, ilk müddətdə dərmanların Rusiya, Qazaxıstan və Gürcüstana ixracı planlaşdırılır.

Nazir deyib: "Bir müddət Azərbaycan dərmanları idxal edəcək, amma zaman keçdikcə idxal azalacaq və ölkə özünü dərmanla təmin edə biləcək".

İran tərəfi ümumi dəyəri 20,6 milyon dollar olan layihəyə 11 milyon dollar investisiya yerləşdirəcək.

Ə.Rəbii onu da bildirib ki, İranla Azərbaycan arasında sənaye, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/508350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR