Rəşad Sadıqovdan nümunəvi addım

Rəşad Sadıqovdan nümunəvi addım
20:05 16 Yanvar 2017
145 İdman
Ölkə mətbuatı
A- A+

Atası və anası tərəfindən atılmış bir oğlan uşağı ATV-də yayımlanan "Bizimləsən" verilişində millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun fanatı olduğunu, onunla görüşmək istədiyini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Sadıqov Antalyada komandası ilə birgə təlim-məşq toplanışında olmasına baxmayaraq, "Bizimləsən" verilişi ilə əlaqə saxlayıb. Rəşad söz verib ki, yanvarın 23-ü Bakıya qayıdır və 24-ü ATV-yə gələrək balaca qəhrəmanla canlı görüşəcək.

Xatırladaq ki, azyaşlının böyrəkləri xəstədir və gələn həftə əməliyyat olunmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/508358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR