x
Loading...
.

Səudiyyə Ərəbistanı: OPEC anlaşmasının 6 aydan çox uzadılmasına ehtiyac yoxdur

Səudiyyə Ərəbistanı: OPEC anlaşmasının 6 aydan çox uzadılmasına ehtiyac yoxdur
20:27 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+
.

Bakı. 16 yanvar. REPORT.AZ/ Neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il Vyana anlaşmasının 6 aydan çox uzadılmasına ehtiyac yoxdur. 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində energetika konfransında verilib. 
Onun sözlərinə görə, neft bazarında sabitlik ilin ilk yarısında təmin olunacaq. Yay aylarından etibarən isə neftə tələbin artması gözlənilir. OPEC təşkilatı öz növbəsində neft bazarına zəruri olacaq təklif həcmini təmin etmək məcburiyyətindədir. Səudiyyə Ərəbistanı digər OPEC üzvləri ölkələrlə may ayında Vyana şəhərində toplanaraq neft bazarı və təşkiulatın hasilat siyasətini müzakirə edəcəyini xatırladıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/seudiyye-erebistani-opec-anlasmasinin-6-aydan-cox-uzadilmasina-ehtiyac-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR