3 uşaq anası özünü asdı

3 uşaq anası özünü asdı
21:08 16 Yanvar 2017
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdamda 56 yaşlı qadın özünü asaraq intihar edib.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ücoğlan kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü Nəcəfova Razidə Çərkəz qızı yaşadığı evin həyətindəki tikilidən özünü asıb. Övladları R. Nəcəfovanı ölmüş halda həyətdəki tikilidən asılı görüblər və Ağdam Rayon Polis Şöbəsinə xəbər veriblər.

Ağdam Polis Şöbəsindən Qarabağ bürosuna verilən məlumata görə, R. Nəcəfovanın üç övladı var və onun psixoloji problemi olub.

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/183966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR